Türkiyə Ukraynada müharibənin dayandırılmasına töhfə verməyə hazırdır - Ərdoğan
Türkiyə Rusiya Federasiyasının Ukraynaya qarşı 500 gündən artıqdır davam edən müharibəsinin dayandırılmasına töhfə verməyə hazırdır.
Redaktor.az “Hürriyet”ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İyulun 7-də biz Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul etdik və onunla gündəmdəki məsələləri müzakirə etdik", - deyən Ərdoğanın sözlərinə görə, 500 gündən artıqdır davam edən müharibənin dayandırılması ilə bağlı təkliflərini onunla bölüşüblər.
“Bir daha bildirdik ki, bu işə töhfə verməyə hazırıq”, - Türkiyə prezidenti əlavə edib.
Turan İSMAYIL