Türkiyədə avtobus qəzası: 14 nəfər yaralandı

 09:50 25.07.2023     215

Türkiyənin Bolu şəhərində sərnişin avtobusu Gerede-Karabük avtomobil yolunda idarəetmədən çıxıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, avtobus idarəsiz şəkildə 50 metr irəliləyib və yol kənarındakı kolluq ərazidə dayana bilib.

14 nəfər tibb işçilərinin müdaxiləsindən sonra xəstəxanaya aparılıb.

Humay İSGƏNDƏRLİ