Türkiyədə 5.5 ballıq zəlzələ oldu

 10:56 25.07.2023     172

Türkiyənin Adana vilayətində 5.5 maqnitudalı zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 09:44-də qeydə alınan yeraltı təkanların episentri 88.1 min nəfərin yaşadığı Kozan şəhərindən (Adana əyaləti) 18 km şimal-şərqdə, ocağı isə 12 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.

Yeraltı təkanlar Osmaniyye və Qaziantep bölgələrində də hiss edilib.