Ukraynanın yeni baş naziri kim olacaq?

 13:31 25.07.2023     235

Ukrayna Nazirlər Kabinetinin rəhbərinin dəyişməsi hələ payızın əvvəlində baş verə bilər. 

Redaktor.az xəbər verir ki, bu barədə "glavcom.ua" yazıb.

Nəşr baş nazir postuna altı namizədin adını çəkir.

Bunlar baş nazirin müavini Aleksandr Kubrakov, Prezident Aparatı rəhbərinin müavini Rostislav Şurma, Ukraynanın “Naftoqaz” QSC-nin sədri Aleksiy Çernışov, Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova, rəqəmsal transformasiya naziri Mixaylo Fedorovdur.

Nəşr iddia edir ki, ən çox ehtimal olunan namizəd Aleksandr Kubrakovdur. Onun reputasiya problemi yoxdur və bir çox iş sahələrində uğurlu nəticələr nümayiş etdirir. Qalan namizədlərə gəlincə, onların hər birində əhəmiyyətli çatışmazlıqlar var ki, bu da nəşrin fikrincə, onların təyinat ehtimalını azaldır.

Qeyd edək ki, bir il əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Şmıqalın istefasını qeyri-mümkün kimi qiymətləndirmişdi.

Turan İSMAYIL