Türkiyədə zəlzələdən sonra 8 nəfər xəstəxanaya yerləşdirildi

 14:11 25.07.2023     242

Türkiyənin Adana və Osmaniye bölgəində zəlzələ zamanı panikaya düşən 8 nəfər hündürlükdən tullanaraq xəsarət alıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

“Bu gün səhər saatlarında baş verən Adanada Kozan mərkəzli zəlzələdə Adanada 2 nəfər, Osmaniyedə isə 6 nəfər hündürlükdən tullanaraq zərər çəkib. Təcili yardımla həmin şəxslər xəstəxanalara çatdırılıb. Zəlzələdən zərər çəkmiş xəstələrimizə və xalqımıza keçmiş olsun”,-deyə nazir bildirib.

Humay İSGƏNDƏRLİ