Aİ Ukrayna üçün daha 1,5 mlrd. avro maliyyə yardımı ayırdı

 14:52 25.07.2023     315

Avropa İttifaqı Ukrayna üçün növbəti maliyyə yardımını təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen tviter hesabında bildirib.

"Mən Rusiyanın Ukraynanın taxıl anbarı və ixrac infrastrukturuna zərbələrini qətiyyətlə pisləyirəm. Rusiya amansız müharibəsini davam etdirdiyi bir zamanda biz də Ukraynanı dəstəkləməyə davam edirik. Bu gün biz dövlət xərclərinə və infrastrukturun təmirinə kömək etmək üçün daha 1,5 milyard avro ödədik", - Ursula von der Leyen paylaşımında bildirib.

O əlavə edib ki, Aİ Ukraynaya yardım etməyə davam edəcək.