Bu avtobusda siyasətdən, futboldan danışmaq qadağandır - FOTO

 17:02 25.07.2023     412

Türkiyənin Zonguldak şəhərində ictimai avtobus sürücüsü sərnişinlərin avtobusda yüksək səslə və təhqiramiz danışmalarının qarşısını almaq üçün yazılı xəbərdarlıq edib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, Haşim Qorxmaz sərnişinlərin siyasət, futbol, ​​jarqon və yüksək səslə danışmasından narahat olduqdan sonra avtomobilə yazılı xəbərdarlıq asmaq qərarına gəlib.

"Avtobusda siyasət, futbol, yüksək səsli və jarqon danışıqlar qəti şəkildə qadağandır",- deyə avtobusun girişində yazılı lövhə asılıb.

Haşim Qorxmaz jurnalistlərə açıqlamasında insanların ictimai nəqliyyatda daha diqqətli olmasının lazım olduğunu deyib.

Humay İSGƏNDƏRLİ

 

 

2