Krım körpüsündə nəqliyyatın hərəkəti yenidən bağlandı

 17:14 25.07.2023     312

Rusiyanın işğalı altında olan Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Krım körpüsü: operativ məlumat” Telegram kanalı məlumat yayıb.

Nəqliyyatın dayandırılmasının səbəbi açıqlanmayıb. Körpüdə və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyat təhlükəsizliyi işçilərinin göstərişlərinə əməl etmələri xahiş olunub.

Son bir neçə gündə körpüdə avtomobillərin hərəkəti dəfələrlə dayandırılıb. Sonuncu dəfə iyulun 24-ü axşam saatlarında baş verib.

Daha əvvəl Federasiya Şurası Ukraynanın Krım körpüsünə yeni hücumlar vəd edərək blef etdiyini bildirib.

Turan İSMAYIL