Moskvanın mərkəzində atışma oldu

 17:35 25.07.2023     356

Moskvanın mərkəzində restoranın yaxınlığında atışma olub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, paytaxt prokurorluğunun məlumatına görə, bir nəfər yaralanıb.

"Rochdelskaya küçəsindəki restoranın yaxınlığında bir nəfər xəsarət alıb. İlkin məlumatlara görə, o, dövlət nömrə nişanı olmayan avtomobildə əyləşən vətəndaşlarla şifahi münaqişəsi olub, bu zaman naməlum şəxslər avtomobildən olan travmatik tapançadan zərərçəkmişə 2 dəfə atəş açıb, daha sonra oradan çıxıblar", - məlumatda deyilir.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidməti TASS-a bildirib ki, hazırda şübhəlilərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəzarət orqanı qeyd edib ki, hadisənin bütün hallarının müəyyən edilməsinə Presnenski Rayonlararası Prokurorluğu nəzarət edir.

Eyni zamanda, TASS hüquq-mühafizə orqanları münaqişənin Zaqafqaziya respublikalarından gələn mühacirlər arasında baş verdiyini bildirib. "İlkin məlumatlara görə, atışma kişinin maşının keçməsinə icazə verməməsi səbəbindən başlayıb. Zərərçəkmiş başından xəsarət alıb", - agentliyin həmsöhbəti əlavə edib.

Turan İSMAYIL