Güclü qasırğa bu ölkədə fəsadlar törətdi - Ölən və yaralananlar var

 17:50 25.07.2023     237

İsveçrənin La Chaux-de-Fonds şəhərində güclü qasırğa nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, 50 yaşında kişi tikintidə qasırğanın aşırdığı kranın altında qalaraq ölüb.

Yerli mənbələrdən verilən açıqlamaya görə, ən azı 30 evə ziyan dəyib.

Humay İSGƏNDƏRLİ