Danimarkada yenidən Quran yandırıldı

 20:08 25.07.2023     273

Danimarkada bu gün yenidən Qurani-Kərim yandırılıb.

Redaktor.az xəbər verir ki, aksiya Misir və Türkiyənin Kopenhagendəki səfirlikləri önündə baş tutub.

İslam əleyhdarı olan bir qrup radikal millətçi Quran kitablarını yandırıb.

Danimarka və İsveç hökumətləri öz növbələrində İslamın müqəddəs kitabının yandırılmasını pisləyərək bundan təəssüfləndiklərini, lakin söz azadlığını qoruyan qanunlar çərçivəsində həmin aksiyaların qarşısını ala bilməyəcəklərini elan edib.

“Bu təxribatçı və rüsvayçı hərəkətlər Danimarka hökumətinin fikirlərini əks etdirmir. Hamını deskalasiyaya çağırırıq, zorakılıq heç vaxt cavab olmamalıdır”, - deyə Danimarka hökumətinin saytında yerləşdirilən müraciətdə vurğulanıb.