Şoyqu Şimali Koreyaya getdi

 23:31 25.07.2023     262

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi hərbi nümayəndə heyəti Koreya Xalq Demokratik Respublikasına gəlib.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Şoyqunun təyyarəsi Sunan beynəlxalq hava limanına (Pxenyanın ətrafı) çatıb.

"Şimali Koreyanın müdafiə naziri ordu generalı Kanq Sun Nam Rusiya müdafiə idarəsinin rəisini təyyarənin keçidində qarşılayıb", - Müdafiə Nazirliyi bildirir.

Qeyd olunub ki, nümayəndə heyəti “1950-1953-cü illər Vətən Azadlıq Müharibəsində Koreya xalqının Qələbəsinin 70-ci ildönümünə həsr olunmuş” bayram tədbirlərində iştirak edəcək.

"Bu səfər Rusiya-Şimali Koreya hərbi əlaqələrini gücləndirməyə kömək edəcək və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm mərhələ olacaq", - Rusiya Müdafiə Nazirliyi vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya hərbi idarəsi Şoyqunun Şimali Koreya tərəfinin dəvəti ilə iyulun 25-27-də Şimali Koreyaya səfər edəcəyini bildirmişdi.

Turan İSMAYIL