Baydenin Konqresdə impiçment edilməsi təklif edildi
ABŞ Prezidenti Co Bayden və onun oğlu Hunterə qarşı korrupsiya işi üzrə aparılan istintaq Amerika liderinin impiçmentini tələb edir.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, belə bir təklifi jurnalistlərlə söhbətində Nümayəndələr Palatasının spikeri Kevin Makkarti səsləndirib.
“Biz həqiqəti açkar etməliyik və Konqresin bunu edə biləcəyi yeganə yol respublikaçılara və demokratlara bütün məlumatları əldə etmək imkanı verəcək impiçment prosedurlarına başlamaqdır" - konqresmen bildirib.
Makkarti deyib ki, impiçment proseduru ABŞ qanunverici orqanının dövlət başçısını araşdırmaq üçün lazım olan məlumatları toplamaq imkanlarını genişləndirəcək.
Qeyd edək ki, daha öncə FTB-nin anonim mənbənin Co Baydenin adının keçdiyi Ukrayna enerji şirkəti Burisma üçün korrupsiya sxemini açıqladığı sənədi açıqlanmışdı. Şirkət, sənədə əsasən, ABŞ prezidentinin oğluna direktorlar şurasında yer almağı təklif edib ki, o, atasının himayəsindən istifadə edərək təşkilatı problemlərdən qoruya bilsin. Bunun üçün Burisma rəhbərinin Baydenlərə 10 milyon dollar vəd etdiyi iddia edilir.
Bildirilir ki, Hunter Bayden xarici investorları cəlb etmək üçün Co Bayden vitse-prezident olduğu müddətdə dəfələrlə atasının adından istifadə edib.
Turan İSMAYIL