Banan qutularının içərisindən 11 kiloqram narkotik tapıldı

 11:08 26.07.2023     255

Türkiyənin Mersin Beynəlxalq Dəniz Limanında Ekvadordan gələn gəmidə banan yüklü konteynerlərdə 11 kiloqram kokain ələ keçirilib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, narkotik detektor itləri konteynerə baxış zamanı 10 bağlamadan kokaini aşkar edib.

Şübhəlilər saxlanılıb, faktla bağlı araşdırmalar davam edir.

Humay İSGƏNDƏRLİ