"H&M" Çin şirkətini dizayn oğurluğuna görə məhkəməyə verir

 10:58 26.07.2023     290

Dövlətlərarası "H&M" pərakəndə satış şirkəti Çinin "Shein"i moda şirkətini dizaynlarını kopyaladığına görə məhkəməyə verir.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məsələ ilə bağlı "H&M" satış şirkəti məhkəmə yolu ilə məbləği iddiada göstərilməyən təzminat və paltarların sonrakı surətinin çıxarılmasına qadağa qoyulmasını tələb edib.

Qeyd olunub ki, oğurlanan dizaynlar çimərlik geyimləri, sviterlərə aidir.

Humay İSGƏNDƏRLİ

 

 

Vumart və Güvən reklamı Vumart Güvən