Türkiyədə meşə yanğınları 36 saatdan çoxdur davam edir

 13:12 26.07.2023     184

Türkiyənin Kəmər şəhərində meşə yanğınları 36 saatdan çoxdur davam edir.

Bu barədə Redaktor.az “Ahaber” telekanalına istinadən xəbər verir.  

Onun məlumatına görə, yanğın güclü külək səbəbindən tez yayılır. Ən son məlumata görə, 180 hektar meşə yanıb.

Yanğının yaşayış məntəqələri və hotellər üçün heç bir təhlükəsi yoxdur.

Sinoptiklərin proqnozlarına görə, Türkiyənin cənubunda isti hava şəraiti həftəsonunadək davam edəcək.