Ermənistanın eks-müdafiə naziri parlamentdə ifadə verəcək

 14:44 26.07.2023     228

Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan avqustun 1-də və 2-də 2020-ci il müharibəsinin hallarının araşdırılması üzrə istintaq komissiyasının iclasında iştirak edəcək.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Antikorrupsiyaya Məhkəməsi qərar verib.

Tonoyan iyulun 5-də bununla bağlı müvafiq vəsatət qaldırmışdı. Onun vəsatətinin təmin edilməməsinə mümkün səbəb kimi həbsdə olan şəxsin parlamentdə iştirakına icazə verən prosedurun olmaması göstərilirdi.