İsveç Quranın yandırılmasında Rusiyanı ittiham etdi

 15:51 26.07.2023     329

Krallıqda Quranın yandırılmasından sonra İsveçə qarşı təsir göstərmək kampaniyası davam edir. Bunu xarici dövlətlər həyata keçirir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin mətbuat konfransında bildirib.

"Biz İsveçin maraqlarına zərər vermək üçün başqa ölkələr tərəfindən dəstəklənən kütləvi təzyiq kampaniyalarına məruz qalırıq" - deyən nazir əlavə edib ki, son vaxtlar İsveç haqqında yalan imic yaymış dövlətlər var.

Siyasətçinin sözlərinə görə, İsveç hakimiyyəti müqəddəs kitabların yandırılmasına icazə vermir, sadəcə olaraq ictimai görüşlər üçün icazə verir, halbuki belə aksiyaların təşkilatçıları çox vaxt İsveçlə az əlaqəsi olan insanlar olur. O qeyd edib ki, başqa bir saxta tezis Quranın İsveçdə yandırıla bilən yeganə müqəddəs kitab olması və İsveçin söz azadlığı üçün “gizləndiyi”, əslində isə “Quranı islamofob olduğu üçün təhqir etmək istədiyi”dir.

Bolin həmçinin Rusiya Federasiyasının bununla bağlı xüsusi fəallıq nümayiş etdirdiyi barədə bəyanat verib. Mətbuat konfransında iştirak edən Psixoloji Müdafiə İdarəsinin kommunikasiyalar şöbəsinin rəhbəri Mikael Östlund bildirib ki, Rusiyanın bu kampaniyaları “köpüşdürmək” motivi İsveçin NATO-ya üzvlüyünü çətinləşdirmək istəyidir.

Turan İSMAYIL