Rusiya Qara dənizi bağlamaq üçün gəmi və təyyarələr hazırlayır

 16:27 26.07.2023     234

Rusiya “taxıl təşəbbüsündən” çıxdıqdan sonra Qara dəniz ərazilərini bağlamaq üçün gəmi və təyyarələr hazırlayır.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Hərbi Media Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Rusiya “taxıl müqaviləsi”ndən çıxdıqdan sonra işğalçıların silahlı qüvvələri Qara Dəniz Donanmasının yerüstü qüvvələrinin və dəniz aviasiyasının döyüş hazırlığını gücləndirib.

Xüsusilə, işğalçılar dəniz ərazilərinin blokadaya alınması, gəmilərin aşkarlanması və məhv edilməsi üzərində işləyirlər.

“Aydındır ki, ruslar Ukrayna limanlarına gedib-gələcək mülki gəmiləri məğlub etməyə məşq edirlər”, - hesabatda deyilir.

Turan İSMAYIL