Gürcüstanda terrorçular ələ keçdi

 17:32 26.07.2023     287

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terror fəaliyyətində şübhəli bilinən iki ölkə vətəndaşını ələ keçirib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzi məlumat yayıb.

Məlumata görə, saxlanılanlar İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinir.

"Xüsusi əməliyyatlar Gürcüstanın iki rayonunda eyni vaxtda həyata keçirilib. Araşdırma zamanı şübhəlilərin üzərində terror təşkilatının rəmzləri olan bayraqlar və müxtəlif növ elektron daşıyıcılar ələ keçirilib. Onların yaşayış yerlərindən döyüş sursatı, partlayıcı qurğular və partlayıcı maddələr götürülüb”, - məlumatda qeyd edilib.