Gürcüstanın daha iki bankı Rusiyanın "Unistream" sistemi ilə işi dayandırdı

 17:51 26.07.2023     342

Gürcüstanın “Cartu Bank”, “Terabank” və digər bankları sanksiyalara məruz qalan Rusiyanın “Unistream” ödəniş sistemi ilə işi dayandırıb.

Redaktor.az bu barədə Rusiya mediasına istinadla xəbər verir. 

Qeyd edilib ki, bundan əvvəl Gürcüstanın üç iri bankı "Unistream" xidmətlərini dayandırıb: TBC bank, Bank of Georgia və Liberty bank, həmçinin mikromaliyyə təşkilatları.

Xatırladaq ki, ötən həftə ABŞ və Kanada Tinkoff Bank-a qarşı sanksiyalar tətbiq edib və Loko-Bank, Solidarity Bank, Sankt-Peterburq Sosial Kommersiya Bankı, Unistream Bank və digər hüquqi şəxslər də ABŞ-ın bloklayıcı sanksiyalarına düşüb.

Turan İSMAYIL