İzmirdə son 85 ilin temperatur rekordu qırılıb
Türkiyədə mövsüm normalarının üzərində olan havanın temperaturu İzmir şəhəində 43,2 dərəcəyə çatıb.
Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, 85 illik dövrdə bu cür yüksək temperatur sonuncu dəfə 2002-ci ildə 43 dərəcə qeydə alınıb.
Rekord temperaturun qeydə alındığı şəhərdə isti hava şəraiti ilə əlaqədar küçə və prospektlərdə insanların sıxlığı azalıb.
İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç Soyer də bu gün yüksək hərarət səbəbiylə vətəndaşlardan zərurət olmadıqca çölə çıxmamağa çağırıb.
Humay İSGƏNDƏRLİ