Dollar dünyada siyasi mübarizə aləti kimi istifadə olunur - Putin

 20:05 26.07.2023     293

Dünya maliyyəsində dollar siyasi mübarizə aləti kimi istifadə olunur.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS-in Yeni İnkişaf Bankının rəhbəri Dilma Ruseflə görüşündə deyib.

O, bu BRİKS maliyyə institutunun inkişafının vacibliyini qeyd edib.

“İndiki şəraitdə dünya maliyyəsində baş verənləri və dolların siyasi mübarizə aləti kimi istifadəsini nəzərə alsaq, bunu etmək asan deyil”, - Putin bildirib.

Turan İSMAYIL