"Qurani-Kərimin təhqir edilməsi açıq-aşkar təxribatdır"

 20:40 26.07.2023     336

Avropada Quranın yandırılması hərəkətləri təhqiramiz və təxribat xarakterlidir.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel bildirib. 

“Qurani-Kərimin və ya müqəddəs sayılan hər hansı digər kitabın təhqir edilməsi təhqiramiz, hörmətsizlik və açıq-aşkar təxribatdır. İrqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlük ifadələrinə Avropa İttifaqında yer yoxdur”, - deyə idarənin mətbuat xidməti onun sözlərini sitat gətirib. 

Eyni zamanda, Borrell bu cür hərəkətlərin hüquqi baxımdan qanuniliyini qeyd edib:

“Biz din və etiqad azadlığını, eləcə də xaricdə və daxildə ifadə azadlığını müdafiə etməyə davam edirik, lakin qanuni olan hər şey etik deyil. Qarşılıqlı anlaşma və hörmət üçün birlikdə olmağın vaxtı çatıb”.

Turan İSMAYIL