Misirdə ticarət mərkəzində güclü yanğın - 30 nəfər xəsarət aldı

 21:06 26.07.2023     215

Misirin Matruh əyalətindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində azı 30 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Al-Masry Al-Youm portalı məlumat yayıb.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onlarda boğulma əlamətləri var. Yanğının qarşısı alınıb. Yanğının səbəbləri barədə məlumat verilməyib.