Deputatlar iclasa “Barbie” geyimində gəldilər

 21:56 26.07.2023     280

Rusiya parlamentinin "Vahid Rusiya" partiyasından olan deputatları "Barbi" filminin premyerasından sonra Dövlət Dumasının yaz sessiyasının sonuncu iclasına çəhrayı geyimdə gəliblər. 

Redaktor.az xəbər verir ki, bu barədə rus deputat Mariya Vasilkova teleqram kanalında məlumat yayıb.

Dövlət rəsmiləri Tatyana Butskaya və Yekaterina Xarçenko da iclasa çəhrayı rəngli paltarlarda qatılıblar.