Ermənistanda yol qəzasında 20 nəfər xəsarət aldı

 22:21 26.07.2023     219

Ermənistanda 20 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, İrəvan-Vanadzor yolunda “Mercedes Sprinter” markalı mikroavtobus “QAZ-53” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 20 nəfər xəsarət alıb. Onların vəziyyəti ilə bağlı məlumat verilmir.