Zelenski Ukrayna-NATO Şurasının qərarını alqışladı

 22:22 26.07.2023     246

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna-NATO Şurasının Rusiyanın “taxıl müqaviləsi”ndən çıxmasını pisləyən qərarını alqışlayıb.

Redaktor.az “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə dövlət başçısı özünün tviter hesabında yazıb.

"Biz NATO-nun baş katibi Yens Stoltenberqə və NATO baş katibinin müavini Mirça Coanaya NATO-Ukrayna Şurasının bu mühüm iclasına ev sahibliyi etdiklərinə görə minnətdarıq. Biz Alyansın Rusiyanın taxıl sazişindən çıxmasını açıq və birmənalı şəkildə pisləməsini alqışlayırıq", - Prezident vurğulayıb.

Zelenski əmin edib ki, Ukrayna qlobal ərzaq təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcək. "Ölkəmiz bu məsələdə müttəfiqlərin dəstəyini yüksək qiymətləndirir", - deyə o, əlavə edib.

“Biz NATO-ya üzvlük yolunda Alyansla birliyik”, - deyə dövlət başçısı yekunlaşdırıb.

Xatırladaq ki, bu gün, iyulun 26-da Ukrayna-NATO Şurasının iclası keçirilib. Bu, Qara dənizdəki vəziyyətlə bağlı məsləhətləşmələr üçün Ukrayna tərəfindən irəli sürülüb.

Xüsusilə, buna səbəb Rusiyanın Ukraynaya öz ərzaq məhsullarını Qara dənizdən keçirməyə imkan verən “taxıl müqaviləsi”ndən çıxması olub. İndi bu marşrut bağlanıb.

Şuranın iclası zamanı Rusiya orada yeni risklər yaratdığından NATO ölkələri Qara dənizdə müşahidə və kəşfiyyatı artırmaq qərarına gəliblər.

Turan İSMAYIL