Ukraynalı pilotlar F-16 qırıcılarını bu ölkələrdə idarə etməyi öyrənəcəklər - Ağ Ev açıqladı

 22:37 26.07.2023     248

Ukraynalı pilotlar Danimarka və Rumıniyada Amerika F-16 qırıcılarını idarə etməyi öyrənəcəklər.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi brifinqində məlumat verib.

"Rumıniya və Danimarkada ukraynalı pilotlar F-16 proqramı çərçivəsində təlim keçəcəklər. Tarixlər, yerlər, proqramın müddəti, bütün bunlar hələ də inkişaf mərhələsindədir", - Kirbi bildirib.

O, əlavə edib ki, Rumıniya və Danimarkadan başqa, ukraynalı pilotlar başqa yerlərdə də F-16-larda təlim keçə bilərlər.

Kirbi qeyd edib ki, ingilislər pilotları ingilis dilində öyrətməyə başlayıblar ki, onlar Amerika qırıcılarını uçursunlar.

Turan İSMAYIL