ABŞ Saakaşvilinin xeyrinə lobbiçiliklə bağlı məlumatları təkzib etdi

 22:53 26.07.2023     235

ABŞ-ın Tbilisidəki səfirliyi heç vaxt Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin maraqları üçün lobbiçiliklə məşğul olmayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

"ABŞ-ın Tbilisidəki səfirliyi heç vaxt Gürcüstanın keçmiş prezidenti Saakaşvili üçün lobbiçilik fəaliyyəti ilə məşğul olmayıb. Səfirliyin əməkdaşları dünyanın müxtəlif yerlərindəki səfirliklərimiz kimi müxtəlif insanlarla görüşür. Şəxsi diplomatik təmasların təfərrüatlarına varmadan təsdiq edə bilərik ki, səfirliyimiz heç vaxt Gürcüstanın keçmiş prezidentinin xeyrinə lobbiçiliklə məşğul olmayıb”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı Aktının (FARA) saytında məlumatlar dərc edilmişdi ki, Saakaşvilinin adından lobbi şirkətləri işə götürülüb və o, Qərb siyasətçilərinə Gürcüstan hökumətinə təzyiq göstərmək üsullarını işləyib hazırlayıb. Sənədlərdən, xüsusən də ABŞ-ın Gürcüstandakı səfirliyinin əməkdaşı Evan Elliota mart ayında Saakaşvilinin əfv olunması imkanlarını müzakirə etmək üçün Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüş təşkil etmək tapşırılıb.

Turan İSMAYIL