Danimarka Xarici İşlər Nazirliyi Quranın yandırılmasını pislədi

 23:02 26.07.2023     324

Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen iranlı həmkarı Hüseyn Əmir Abdullahianla söhbətində Quranın yandırılmasını pisləyib.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bunu danimarkalı diplomat özünün sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, iranlı həmkarı ilə telefon söhbətində Danimarkanın bir neçə şəxs tərəfindən bu təxribat xarakterli hərəkətlərini pislədiyini bir daha təsdiqləyib. "Bu cür hərəkətlərin müxtəlif dinlərin və mədəniyyətlərin ayrılmasına gətirib çıxarmaması vacibdir”, - Rasmussen yazıb.

Qeyd edək ki, Danimarkada bir həftə ərzində üç dəfə Quranın yandırılması aksiyası keçirilib. Bütün bunlar isə İslam ölkələrində böyük hiddətlə qarşılanıb.

Turan İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən