Türkiyə 1 milyon qaçqını Suriyaya qaytaracaq - Ərdoğan

 23:37 26.07.2023     329

Türkiyə öz ərazisində yerləşən 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etməyi planlaşdırır.

Redaktor.az TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada polis akademiyasında keçirilən buraxılış mərasimində çıxış edərkən bildirib.

"Qaçqınların vətənlərinə qayıdışı Suriyada təhlükəsizlik və sabitliyin səviyyəsi artdıqca davam edəcək. Bu günə kimi 600 mindən çox məcburi köçkün ölkəyə qayıdıb, biz 1 milyon qaçqının öz vətənlərinə qayıtmasını təmin etməyi planlaşdırırıq" - dövlət başçısı deyib.

Qeyd edək ki, Ərdoğan daha əvvəl bildirmişdi ki, Türkiyə və Qətər Suriyanın şimalında vətənlərinə qayıdan qaçqınlar üçün 1 milyona yaxın ev tikmək üçün layihə həyata keçirir.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya çərşənbə günü A-haber telekanalına açıqlamasında bildirib ki, hazırda respublikada 4,9 milyona yaxın qaçqın var ki, onlardan 3 milyonu Suriya vətəndaşıdır.

Turan İSMAYIL