İtaliya Senatı Qolodomoru ukraynalıların soyqırımı kimi tanıdı

 23:58 26.07.2023     246

İtaliya Senatı 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak teleqramda bildirib.

"Mən İtaliya Senatının Qolodomorun soyqırım kimi tanınmasını alqışlayıram. Bu, dəhşətli cinayətlərin təkrarlanmasının qarşısının alınması üçün əsas şərtdir", - Yermak vurğulayıb.

O, həmçinin Ukraynaya çoxşaxəli dəstəyinə görə İtaliyaya təşəkkür edib.

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra bir çox ölkələrdə Qolodomorun soyqırım kimi tanınması aktual olub. Artıq Britaniya, Sloveniya, Belçika, İrlandiya, Rumıniya, Moldova, Çexiya, Almaniya, İslandiya, Fransa, Bolqarıstan, Lüksemburq, Niderland və Xorvatiya parlamentləri tərəfindən müvafiq bəyannamələr qəbul edilib.