Rusiyada helikopter qəzaya uğradı - 6 nəfər öldü

 13:31 27.07.2023     240

Rusiyanın Altay Respublikasında Mi-8 helikopteri eniş edərkən elektrik xəttinə dəyərək qəzaya uğrayıb.

Bu barədə Redaktor.az TASS-a istinadən xəbər verir.

Qəza nəticəsində altı nəfər ölüb.

8 nəfər xəsarət alıb, onlardan 3-ü ağır vəziyyətdədir.

Faktla bağlı araşdırma aparılır.