Moldova 45 Rusiya diplomatını ölkədən qovur

 13:54 27.07.2023     242

Moldova 45 rusiyalı diplomatı və səfirliyin digər əməkdaşlarını "dost olmayan hərəkətləri" səbəbindən ölkədən çıxaracağını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Uzun illər biz Rusiyanın düşmən hərəkətlərinin və siyasətinin obyekti olmuşuq. Onların bir çoxu səfirlik vasitəsilə həyata keçirilib”, – Moldovanın xarici işlər naziri Niku Popesku bildirib.

Ümumilikdə Moldovada rus diplomatlarının olması 25 nəfərə qədər azalacaq - bu rəqəm Moldovanın Moskvadakı səfirliyinin nümayəndələrinin sayına daha yaxındır.

Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi çərşənbə günü bildirib ki, qovulma qərarı rusların avqustun 15-dək ölkəni tərk etmələrini tələb edən "davam edən gərginlik və qeyri-dost hərəkətlər"lə əlaqədardır.

Rusiya XİN sözçüsü Mariya Zaxarova isə Moldovanın rus diplomatlarını ölkədən çıxarmaq qərarını “cavabsız qalmayacaq qeyri-dost addım” adlandırıb.

Xatırladaq ki, iulun 26-da Moldova hökuməti Rusiyanın Kişinyovdakı səfirliyində akkreditə olunmuş diplomatik işçilərin sayını azaltmaq barədə qərar qəbul edib.

Bundan əvvəl jurnalist araşdırması dərc edilmişdi və nəticədə Rusiyanın Moldovadakı səfirliyinin damında Moldova siyasətçilərini dinləmək üçün istifadə edilə bilən çoxlu antenaların quraşdırıldığı müəyyən edilmişdi.

Turan İSMAYIL