Bu il 800-ə yaxın miqrant Tunis sahillərində boğulub
Bu ilin ilk yarısında Avropaya getməyə çalışan 800-ə yaxın qeyri-qanuni miqrant Tunis sahillərində boğulub.
Redaktor.az xəbər verir ki, bu barədə Tunis Milli Jandarmının sözçüsü Houcem Eddine Jebabli AFP-yə bildirib.
“Dənizdən 789 miqrantın cəsədi çıxarılıb, onlardan 102-si tunisli, digərləri əcnəbilər və şəxsiyyəti məlum olmayan şəxslərdir”, - o deyib.
Tunis rəsmisinin sözlərinə görə, 34 mindən çox insan xilas edilib.
Qeyd edək ki, Şimali Afrika ölkəsi olan Tunis tez-tez qayıqlarda təhlükəli dəniz səyahətinə cəhd edən qeyri-qanuni miqrantlar və sığınacaq axtaranlar üçün əsas qapıya çevrilib. Tunislə İtaliyanın Lampeduza adası arasındakı məsafə təxminən 130 kilometrdir.