Polşa hakimiyyəti ordunun sayını kəskin artırır
Polşa hakimiyyəti ordunun strukturunda əlavə diviziya yaratmaq istəyir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Polşada hakim “Qanun və ədalət” partiyasının lideri, baş nazirin müavini Yaroslav Kaçinski deyib.
“Əvvəllər üç diviziyadan ibarət olan ordumuz altı diviziyadan ibarət olacaq. Zamanla, yəqin ki, hələ də ehtiyat diviziya olacaq. Bu da diviziyadır, lakin bir az fərqli tərkibə malikdir”, - o, təfərrüatları açıqlamayıb.
Kaçinskinin sözlərinə görə, Polşa ordusu Avropanın ən güclü quru ordusu olacaq və NATO-nun bütün şərq cinahının müdafiəsi üçün təməl rolunu oynayacaq.
Polşa silahlı qüvvələrinin hazırkı inkişafı planına onların altı diviziyaya qədər genişləndirilməsi və ordunun sayının 300 min əsgərə çatdırılması daxildir.
Turan İSMAYIL