Zaporojyeyə hava hücumu oldu

 19:43 27.07.2023     224

Ukraynanın Zaporojye bölgəsində iyulun 27-də axşam saatlarında hava hücumu xəbərdarlığı zamanı yerli sakinlər partlayış səsi eşidiblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Suspіlna" məlumat yayıb.

Rəsmi mənbələr hadisə ilə bağlı hələlik şərh verməyib və partlayışın səbəblərini açıqlamayıb.

Bildirilib ki, ərazidə hava hücumu xəbərdarlığı olduğu üçün yerli sakinlər sığınacaqlarda qalmalıdırlar.

Turan İSMAYIL