Ukraynalı idmançılar yarışlarda ruslarla əl sıxmayacaqlar - Nazir

 20:00 27.07.2023     302

Ukraynalı idmançılar yarışlarda ruslarla əl sıxmayacaqlar. Artıq bununla bağlı Beynəlxalq Qılıncoynatma Federasiyasının üzvlərinə xəbərdarlıq edilib.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Vadim Qutzeyt mətbuat konfransında bildirib.

"İdmançılarımız neytral bayraq altında Rusiyadan olan idmançılarla əl sıxmayacaqlar. Dünən bizim federasiyanın beynəlxalq federasiya üzvləri ilə görüşü olub və onlar idmançılarımızın əl sıxmayacağını vurğulayıblar", - nazir deyib.

Onun sözlərinə görə, bugünkü insident neytral bayraq altında rusiyalı idmançının ukraynalı qılıncoynadan Olqa Xarlana qarşı istifadə etdiyi açıq təxribat olub.

"Elə hallar olur ki, idmançılar əl sıxmırlar. Onlar bıçağı vurub dağılırlar. Sonra da o (rus qadını - red.) Olqanı təxribata çəkdi, təşkilat komitəsini təxribata çəkdi. Təəssüf ki, təşkilat komitəsi bunun olacağını bilsələr də (əl sıxmayacaqlarını - red.), xəbərdarlıq etdilər, onun etdiklərini etdilər” - deyə o bildirib.

Xatırladaq ki, bu gün titullu qılıncoynadan ukraynalı Olqa Harlan dünya çempionatının ilk raundunda rusiyalı Anna Smirnovanı məğlub edə bilmişdi. Lakin sonradan ukraynalı rəqibi ilə əl sıxmaqdan imtina etdiyi üçün diskvalifikasiya edilib.

Ukrayna Qılıncoynatma Federasiyasının prezidenti Mixail İlyaşev qeyd edib ki, Ukrayna belə qalmaqallı qərardan şikayət verməyə çalışacaq.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba artıq hadisəyə münasibət bildirib. O, turnir təşkilatçılarını Harlanın yarışmasına icazə verməyə çağırıb.

Turan İSMAYIL