Tramp məhkəmə zalında həbs olunacaq

 20:18 27.07.2023     322

Xüsusi müşavir Cek Smitin ofisi ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkillərinə onların müvəkkilinin 6 yanvar 2021-ci ildə Kapitola hücumuna görə rəsmi ittiham irəli sürüləcəyini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Trampın müdafiəsinin nümayəndələri Vaşinqtonda xüsusi prokuror Cek Smitin ofisində danışıqlar aparıblar. İyulun 18-də Trampın özü bu işdə ittiham olunaraq həbs olunacağını bildirib.

Rəsmi ittiham aktı üçün eks-prezident böyük münsiflər heyətinə çağırılmalıdır. İclasda iştirak edən zaman o, həbs olunacaq. Mənbələrin bildirdiyinə görə, xüsusi prokurorun kabinetində keçirilən iclasda bu prosessual hərəkətlərin vaxtı müzakirə oluna bilər.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da o vaxt Amerika lideri olan Respublikaçı Trampın tərəfdarları demokrat Co Baydenin qalib gəldiyi 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olmaq üçün Konqresin binasına soxulublar. May ayında ABŞ-ın baş prokuroru Merrik Qarland demişdi ki, hakimiyyət hücum iştirakçılarına qarşı 600-dən çox mühakimə hökmü çıxarıb.

Turan İSMAYIL