Pentaqonun yadplanetli "bio-nümunələri" var - ABŞ kəşfiyyatçısı

 20:31 27.07.2023     271

ABŞ rəsmilərində "UNO qəzası" yerlərində toplanmış "qeyri-insan" bioloji maddələrin nümunələri var.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş kəşfiyyatçısı Devid Qruş uçan naməlum obyekt (UNO) problemi ilə bağlı Konqresdə keçirilən açıq dinləmələrdə danışıb.

Qruş “yadplanetli” deyil, “insan olmayan” ifadəsini işlətməyə üstünlük verdiyini vurğulayıb. Onun sözlərinə görə, “qeyri-insani” bionümunələrlə yanaşı, ABŞ hakimiyyəti “qeyri-insani” nəqliyyat vasitələrinə də sahib çıxıb.

“Bu gəmini idarə edən pilotların” da tapılıb-tapılmaması ilə bağlı suala Qruş “biomateriallar tapılan bəzi dağıntılardan gəlib, bəli” deyib. Kəşf edilənlərin həqiqətən "insan olmayan" bionümunələr olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala Qruş müsbət cavab verib.

"İnsan deyil. Bu, proqramla birbaşa tanış olan, söhbət etdiyim, hazırda proqramda iştirak edən insanlara verilən qiymət idi".

Qruş qeyd edib ki, o, şəxsən UNO fenomeni ilə qarşılaşmayıb, lakin əmin edib ki, UNO-lardan təsirlənən “bir neçə həmkarı”ndan xəbərdardır. O, həmçinin bildirib ki, dörd il ərzində 40 şahidlə dindirilib.

O, Müdafiə Nazirliyinin UNO müşahidələri ilə bağlı hesabatları təhlil etmək səylərinə rəhbərlik etdiyini və qəzaya uğramış kosmik gəmilərin toplanması və bərpasına yönəlmiş proqram haqqında məlumat aldığını söyləyib. Onun sözlərinə görə, bu proqram onilliklər ərzində həyata keçirilib və ABŞ tərəfindən gizlədilib.

ABŞ hökumətinin yerdənkənar həyat haqqında məlumatı olub-olmaması ilə bağlı suala cavab olaraq Qruş deyib ki, ABŞ yəqin ki, 1930-cu illərdən bəri “qeyri-insani” fəaliyyətdən xəbərdar olub.

Öz növbəsində Pentaqon Qruşun məlumatların gizlədilməsi ilə bağlı iddialarını təkzib edib. Müdafiə Nazirliyinin sözçüsü Sue Gough, müstəntiqlərin yerdənkənar materialların saxlanması və ya tərs mühəndisliyi ilə bağlı hər hansı proqramın keçmişdə və ya hazırda mövcud olduğu iddialarını dəstəkləmək üçün yoxlanıla bilən heç bir məlumat tapmadıqlarını söyləyib.

Qeyd edək ki, iyun ayında NASA ilk dəfə olaraq naməlum anomal obyektlər və ya hadisələrlə bağlı tədqiqatların gedişi barədə açıq danışıb. Onlar etiraf ediblər ki, naməlum uçan obyektlər haqqında 800-dən çox məlumatı tədqiq ediblər, onların yalnız kiçik bir hissəsi elmi izahata ziddir.

İki il əvvəl Pentaqon da ABŞ Müdafiə Nazirliyinin hərbi pilotlar tərəfindən fərq edilən onlarla naməlum uçan obyektin görünməsi ilə bağlı heç bir izahatının olmadığını bildirdiyi bir hesabat dərc edib. Ümumilikdə Pentaqon artıq izahı mümkün olmayan yüzlərlə qeydə alınmış hadisəni toplayıb.

Turan İSMAYIL