Putin Kim Çen Inı təbrik etdi

 20:40 27.07.2023     237

Pxenyan bir sıra məsələlərdə, o cümlədən xüsusi hərbi əməliyyatda Moskva ilə həmrəydir.

Redaktor.az "kremlin.ru"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın 1950-1953-cü illər "Vətən Azadlıq Müharibəsi"ndəki qələbəsinin 70-ci ildönümünün qeyd edilməsinə həsr olunmuş təntənəli iclasın iştirakçılarına təbrikində bildirib.

“KXDR-dən Ukraynada xüsusi hərbi əməliyyata qəti dəstək, əsas beynəlxalq məsələlərdə Rusiya ilə həmrəylik bizim ümumi marağımızı və kollektiv Qərbin həqiqətən çoxqütblü, ədalətli dünya nizamının yaradılmasına mane olan siyasətinə qarşı çıxmaq əzmini daha da vurğulayır”, - təbrik teleqramında deyilir.

Putin Kim Çen Ina təbrikində Koreya müharibəsində sovet ordusunun "düşmənin" məğlub edilməsində mühüm töhfəsini qeyd edib. O, Rusiya Federasiyası və KXDR-in Qərbin dünyada çoxqütblülüyün bərqərar olmasına mane olan siyasətinə qarşı çıxmaqda ümumi əzmini qeyd edib.

Turan İSMAYIL