Rusiyada iş adamı ən azı 100 qıza təcavüz edib

 21:08 27.07.2023     365

Rusiyanın Voronej vilayətində pedofil azı 100 azyaşlı qıza təcavüz edib.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, cinayətkar uzun müddət əvvəl məhkum olunsa da, lakin hadisə yalnız indi məlum olub.

Müstəntiqlərin sözlərinə görə, ilk müraciət ötən il Omskdan gəlib. Ərizəçi qeyd ediblər ki, həmin şəxs zərərçəkmişlə internet vasitəsilə yazışırmış.

Müstəntiqlər şübhəli şəxsi IP ünvanına görə müəyyən edə biliblər. Onun Voronejdən olan bir iş adamı olduğu ortaya çıxıb.

Sonradan məlum olub ki, o, çoxlu uşaqları zorlayıb, ona görə də onların harada yaşadığını xatırlamayıb. İstintaq çərçivəsində çoxlu sayda zərərçəkən müəyyən edilib. İş adamı bir neçə epizod üçün artıq cəzalandırılıb. Digər hallarda isə istintaq hələ də davam edir.

Turan İSMAYIL