Tələbələr müəllimi dərsə gəlmədiyinə görə məhkəməyə VERDİ

 22:09 27.07.2023     377

Malayziyanın Sabah əyalətində tələbələr 7 aydır dərsdən yayınan müəllimə qarşı məhkəmədə qalib gəliblər. 

Redaktor.az xəbər verir ki, bu barədə “CNA” məlumat yayıb.

Müraciət zamanı 16 yaşında olan üç tələbə 2017-ci ildə yeddi ay dərsə gəlməyən keçmiş ingilis dili müəllimini məhkəməyə verib. Ali Məhkəmə təqsirləndirilən şəxsin tələbələrin vəzifələrini və konstitusiya hüquqlarını pozduğunu müəyyən edib.

Hər üç iddiaçı kompensasiya olaraq 50 min Malayziya ringgiti alacaq.

Yusif EYVAZLI