Ukrayna Aİ-dən bu xərcləri ödəməyi xahiş etdi

 22:26 27.07.2023     275

Ukrayna Avropa İttifaqından (Aİ) taxıl həmrəyliyi dəhlizi üçün əlavə xərcləri ödəməyi xahiş edib. 

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Xəbərdə deyilir ki, Kənd Təsərrüfatı Nazirliyi Avropa İttifaqının ticarət rəhbəri Valdis Dombrovskisə məktub yazaraq ondan alternativ marşrutlar üçün hər ton üçün 30-40 dollar təşkil edəcək əlavə xərcləri ödəməyi xahiş edib.

Eyni zamanda agentliyin Avropadan olan həmsöhbəti bildirib ki, birliyin əlavə xərclər üçün kifayət qədər maliyyəsi yoxdur. 

Bundan əvvəl Aİ-nin ali nümayəndəsi Rusiyanı taxıl müqaviləsini ləğv etmək qərarına yenidən baxmağa çağırıb və Aİ-nin həmrəylik dəhlizləri vasitəsilə taxıl ixracı üçün bütün səylərini əsirgəməyəcəyinə söz verib.

Yusif EYVAZLI