Zəlzələdən xəbər verən nəhəng balıq sahildə TUTULDU

 22:49 27.07.2023     279

Perunun Punta Sal kəndindəki çimərlikdə yerli sakinlər arasında bədbəxtliyin xəbərçisi sayılan dörd metr uzunluğunda balıq tutulub. 

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Peruluların inandığı bir əfsanəyə görə, nəhəng bir balıq zəlzələdən xəbər verir. Bu inanc 2011-ci ildə Yaponiyada baş vermiş dağıdıcı zəlzələ və sunami ilə əlaqələndirilir. 

Balıqçılar nəhəng balığın dənizə qayıtmasına kömək etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb.

Yusif EYVAZLI