Dəməşqdə terror aktı törədildi

 22:45 27.07.2023     229

Suriyanın paytaxtı Dəməşqin cənubunda şiələrin Seyid-Zeynəb məscidi yaxınlığında terror hücumu baş verib. Nəticədə bir nəfər ölüb, 15 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə iyulun 27-də “Al Mayadeen” telekanalı öz saytında məlumat yayıb.

Bildirilib ki, xəsarətlərin xarakterini nəzərə alaraq ölənlərin sayı arta bilər. Zərərçəkənlərin vəziyyəti ağır kimi qiymətləndirilir. Yaralılar arasında qadın və uşaqlar da var.

Polisin məlumatına görə, bomba park edilmiş taksidə olub.

Turan İSMAYIL