Narkotik satan qadın edam edildi

 10:15 28.07.2023     288

Sinqapurda 20 ilə yaxın müddətdə ilk dəfə qadın edam edilib.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, 45 yaşlı qadın 30 qram narkotik qaçaqmalçılığına görə ölüm cəzasına məhkum edilib.

Qeyd edək ki, Sinqapurda cəmiyyəti qorumaq üçün dünyanın ən sərt anti-narkotik qanunları var.

Humay İSGƏNDƏRLİ