Fenomenin dəhşətli ölümü - bədəninin hissələri çamadanda tapıldı - FOTO

 10:17 28.07.2023     285

Kriptovalyutalarla bağlı paylaşımları ilə tanınan, lüks avtomobillərini və sərvətini hər kəsə göstərən 41 yaşlı fenomen vəhşicəsinə qətlə yetirilib.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, Argentianın paytaxtı Beunos-Ayresdə çayda tapılan zibil torbası və çamadandan 41 yaşlı fenomen Alqabanın bədəninin hissələri tapılıb.

Ərazidə araşdırma aparan polis fenomenin başını, gövdəsini və bir qolunu isə çayın yaxınlığında tapıb. Alqabanın 3 güllə yarası aldığı, daha sonra cəsədinin hissələrə bölündüyü məlum olub. Ekspertlər bu qətlin “peşəkar” tərəfindən törədildiyini deyiblər.

Alqabanın kimliyi onun barmaq izlərindən və döymələrindən müəyyən edilib. İnstaqramda 900 mindən çox izləyicisi olan Alqaba uşaqlıqdan işlədiyini deyərək sərvətini tamamilə təkbaşına qazandığını söyləyirmiş.

Humay İSGƏNDƏRLİ

 

 

2