Ermənistanda hərbi avtomobil qəzaya uğradı, 2 hərbçi yaralandı

 14:29 28.07.2023     224

Ermənistanda “UAZ” markalı hərbi avtomobil qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, avtomobil yoldan çıxıb və aşıb. Nəticədə 2 hərbçi yaralanıb. Onlar hərbi hospitala yerləşdiriliblər.

Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Faktla bağlı cinayət işi açılıb.